İran yeni ali lideri üçün səbirsizlənir
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizim müdafiəmiz heç bir halda regiondakı hər hansı bir ölkəyə qarşı düşmənçilik kimi şərh edilməməlidir. Qeyd etdiyiniz Azərbaycan, Türkiyə və Kiprlə bağlı Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi şəkildə bəyan edib ki, belə hadisələr İran ərazisi daxilində və ya bizim hərbi qüvvələrimiz vasitəsilə baş verməyib. Kipr məsələsinə gəlincə isə İngiltərənin rəsmi qurumları da belə bir hadisənin baş vermədiyini təsdiqləyib. ABŞ-nin regiondakı hərbi mövcudluğu heç bir halda təhlükəsizlik və sabitlik mənbəyi deyil. Əksinə, ABŞ-nin region ölkələrində hərbi mövcudluğu yalnız təhlükəli vəziyyət və region ölkələri arasında parçalanmanın səbəbidir. Bu, İslam ölkələri arasında ixtilaf yaradır”.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
İranın Qum şəhərində fəaliyyət göstərən Ekspertlər Şurasının yeni Ali Rəhbərin seçildiyini elan etməsi ilə birlikdə İsmayıl Bəqai qeyd edib ki, onun rəhbər kimi elan edilməsi üçün bütün zəruri prosedurlar tamamlanıb.
Mərhum atasının yerinə yeni ali lider təyin edilən 56 yaşlı Müctəba Xamenei şiə ruhani olub, təhlükəsizlik qüvvələri və onların geniş biznes imperiyası daxilində güclü dayaqlara malikdir. O, ABŞ Prezidenti Donald Tramp tərəfindən “qəbuledilməz şəxs” elan edilib. D.Tramp İranın qeyd-şərtsiz təslim olmasını tələb edir.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
