Pleyeri seçin:

İrana qarşı qurulan plan | Tramp “Qəzza planı”ndan əl çəkəcək?

15 may 2025 833 baxış

ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər imzalayıb və bu, iki ölkənin iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir.

ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır. Səudiyyə Ərəbistanına veriləcək silahlar əsas etibarilə İran və husilərlə mübarizə üçün lazımdır. Sahil və hava müdafiəsi gücləndiriləcək.

İmzalanan sazişlər ABŞ-nin bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər. Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir.

Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də, bu ölkədən gələ biləcək zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Buna görə də İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritetdir.

Bu müqavilə ilə Donald Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu. Ər-Riyad ABŞ ilə bərabər, İsraillə də münasibətləri gücləndirir.

Hazırda Ərəb dünyasının gözlədiyi Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib-etməyəcəyidir. Məhəmməd bin Salman D.Trampı "Qəzza planı"ndan vaz keçməsi üçün razı salmağa çalışacaq.

İstənilən halda imzalanan saziş ABŞ-nin Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının Ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prosesin başlanğıcıdır.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 833 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 833 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 833 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 833 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 833 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 833 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 833 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 833 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 833 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 833 baxış
Seçilmişlər
icon