İrana yenidən zərbələr endiriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada keçirilən görüşdə 2026-cı ildə İrana zərbə endirmək imkanını müzakirə ediblər.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd olunub ki, əgər Birləşmiş Ştatlar İranın nüvə proqramını bərpa etmək üçün konkret addımlar atdığına inanarsa, o zaman Tramp bu cür zərbələri dəstəkləyəcək. Lakin gərginlik bərpanın dəqiq nə demək olduğu barədə razılığa gəlməkdən ibarət olacaq.
Məlumatda Trampla Netanyahunun ABŞ və İsrailin mümkün yeni zərbələrinin vaxtı və ya onların həyata keçirmə meyarları ilə bağlı konkret razılıq əldə etmədiyi açıqlanır.
Portal qeyd edib ki, Netanyahu görüşdə Trampın Qəzza zolağı ilə bağlı sülh planının ikinci mərhələsinə keçməyə də razılaşıb.
Tramp Netanyahuya sazişə əməl etməsə və tərk-silah olunmasa, İsrailə Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi güc tətbiq etməsinə icazə verəcəyini vəd edib.
ABŞ lideri keçirdiyi birgə mətbuat konfransında deyib ki, HƏMAS-a tərk-silah etmək üçün çox qısa müddət veriləcək, əks halda, çox yüksək qiymət ödəməli olacaq.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
