İrandan İsrailə raket yağışı | Təl-Əvivdən dəhşətə gətirən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailə qarşı ikinci və üçüncü raket hücumu dalğasını həyata keçirib.
Məlumata görə, Təl-Əviv və Qüdsdə partlayışlar baş verib.
İran raketlərindən bəziləri İsrailin Hava Hücumundan Müdafiə sistemindən yayınaraq hədəflərə dəyib.
İran mediası iddia edir ki, İsrail Ordusunun bütün hərbi və siyasi rəhbərliyinin yerləşdiyi Kiryadakı əsas komandanlıq məntəqəsi hücuma məruz qalıb.
İran televiziyası İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında yanğın kadrlarını paylaşıb.
İsrail Ordusu İrandan raket atışlarının qeydə alındığını bildirib. İsrail əhalisinə sığınacaqlara getmək göstərişi verilib.
Bildirilir ki, İrandan İsrailə yüzdən çox ballistik raket buraxılıb. İsrail aviasiyasının qırıcıları hücumu dəf etmək üçün havaya qalxıb.
Bu arada İranın Ali Rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində İran Ordusunun İsrailin hücumlarına cavab vermək üçün bütün gücünü tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələr güclü şəkildə hərəkət edəcək və qüsurlu sionist rejimini zəiflədəcək.
Seyid Əli Xamenei vurğulayıb ki, xalq İranın heç bir güzəşt etməyəcəyinə şübhə etməməlidir.
#İran teqi istifadə olunub
- İran nefti hansı bayraq altında daşınır? - ABŞ-nin sanksiya siyahısında görün kimlər var - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
