İranın İsrailə raket hücumu bu ölkələri təcili hərəkətə keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, İran İsrailə raket hücumu həyata keçirib.
"The Jerusalem Post" qəzetinin məlumatına görə, 500-ə yaxın raket atılıb.
Təl-Əviv təcili yardım xidməti bildirib ki, raket zərbələri nəticəsində yalnız iki nəfər yüngül xəsarət alıb. Daha bir neçə nəfər sığınacaqlara qaçarkən yaralanıb.
SEPAH-dan verilən açıqlamaya görə, İsrailin Nevatim aviabazasına raket zərbəsi endirilib. İslam İnqilabı Keşikçiləri Korpusunun endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsinin vurulduğu bildirilib.
İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Kütləvi raket hücumu zamanı az sayda itki qeydə alınıb. Bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd edək ki, raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
