Pleyeri seçin:
İranın nüvə proqramı varlığımız üçün təhlükə idi | İsrailin Baş naziri
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Xatırlayırsınızsa, əməliyyatın ilk günlərində İranın bütün nüvə obyektlərinin məhv ediləcəyini demişdim. Bu vəd yerinə yetirildi”.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Bir qədər əvvəl mən və ABŞ Prezidenti Donald Trampın koordinasiyası ilə ordularımız İranın üç nüvə obyektinə hücum edib. Fordo, Natanz və İsfahandakı obyektlərin vurulması İranın nüvə proqramına ağır zərbə oldu.
Bu nüvə proqramı bizim varlığımız və ümumiyyətlə, dünya üçün təhlükə idi. Əməliyyat yekunlaşan kimi D.Tramp mənə zəng vurub təbrik etdi. Ona ürəkdən minnətdaram. D.Tramp azad dünyaya inamla rəhbərlik edir. Mübarizəni birgə aparırıq. Tanrının köməyi ilə qalib gələcəyik”, – Baş nazir qeyd edib.
Kopyalandı
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
