İranın ünvanladığı mesajda hansı məqamlar vurğulanıb? | Tehranın başqa yolu qalmayacaq…
Yeniliklərdən dərhal xəbərdar olun
İran Avropa ölkələrinə göndərdiyi mesajda İsrailin İrana zərbəsinin məhdud olacağı təqdirdə ona cavab verməyəcəyini bildirib.
Bu barədə "Şərq əl-Əvsət" nəşri diplomatik mənbələrə istinadən yazıb.
"İranın dolayısı ilə İsrailə ünvanlanan mesajında Tehranın İsrailin məhdud hücumuna cavab verməyəcəyi bildirilir. Ancaq İsrail İranın neft və nüvə obyektlərinə təsirli zərbə endirərsə, Tehranın şiddətli cavab verməkdən başqa yolu qalmayacaq”, – İranın ünvanladığı mesajda vurğulanıb.
Bundan əvvəl İranın ABŞ hökumətinə də belə bir mesaj göndərdiyi barədə məlumatlar yayılmışdı. Buna görə də Vaşinqton İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinə razılıq vermir.
Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket hücumu həyata keçirib. İsrailin bu hücuma cavab verəcəyi gözlənilir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
