Pleyeri seçin:
İranın xarici işlər naziri Təl-Əvivi niyə təhdid etdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri SEPAH generalını öldürdüyünə görə İsraildən qisas alacağını deyib.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı başsağlığı verib.
“Bu çirkin və qorxaq addım sionist rejim və onun məlum tərəfdarının terrorçu, cinayətkar mahiyyətinin növbəti nümunəsidir. İsrailin bu cinayəti heç vaxt cavabsız qalmayacaq”, – deyə A.Əraqçı bəyan edib.
İranın xarici işlər naziri qeyd edib ki, diplomatik qurum bu addımları mühakimə etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək.
Kopyalandı
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
