İraqdakı ABŞ bazasına PUA hücumu | 2 hərbçi yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İraqın Ərbil Beynəlxalq Hava Limanı ərazisində yerləşən hərbi bazası PUA hücumuna məruz qalıb. Hadisə nəticəsində 3 hərbçi yaralanıb.
Bu barədə ölkənin müdafiə naziri Lloyd Austin məlumat verib. O, hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
Pentaqon rəhbəri hadisənin təfərrüatını açıqlamasa da, ölkəsinin bu hücuma cavab verdiyini deyib. Artıq ölkə ordusu Prezident Cozef Baydenin göstərişi ilə İraqa zərbələr endirib. Nəticədə “Hizbullah” hərbi qruplaşmasının onlarla üzvü həyatını itirib, onların bir sıra obyektləri məhv edilib.
“Əl-Ərəbiyə” telekanalının yaydığı məlumata görə, ABŞ ordusunun İraqın Babil və Vasit əyalətlərinə hava zərbələri nəticəsində adı açıqlanmayan qruplaşmanın 1 üzvü də həlak olub, azı 16 nəfər şəxs yaralanıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
