İrəvan müdafiə adı altında hansı ssenariyə hazırlaşır? | Fransa ilə şübhəli ittifaq - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika”nın budəfəki buraxılışında Fransanın “Thales” şirkəti ilə Ermənistanın “BooTech” şirkəti arasında “Eurosatory 2026” sərgisində elan olunan strateji tərəfdaşlığın Cənubi Qafqazın təhlükəsizlik mühitinə mümkün təsirləri təhlil olunub.
Bildirilib ki, bu əməkdaşlıq adi kommersiya razılaşmasından daha geniş məna daşıyır və Ermənistanın 2023-cü ildən sonra Fransa ilə hərbi-texniki əlaqələrinin yeni mərhələsini ifadə edir.
Qeyd olunub ki, “Thales” radar sistemləri, hava məkanına nəzarət, komanda-idarəetmə, rabitə, elektron mübarizə və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olduğundan tərəfdaşlıq Ermənistanın yerli müdafiə sənayesi və texnoloji bazasını inkişaf etdirmək niyyətini göstərir.
Vurğulanıb ki, bu əməkdaşlıq Ermənistanın hava məkanına nəzarət, sərhəd müşahidəsi, PUA-lara qarşı mübarizə və artilleriya koordinasiyası imkanlarını gücləndirə bilər.
Eyni zamanda sülh müqaviləsinin hələ imzalanmadığı və etimad mühitinin tam formalaşmadığı şəraitdə hərbi-texniki potensialın artırılmasının Cənubi Qafqazda yeni təhlükəsizlik riskləri yarada biləcəyi, xüsusilə sərhəd gərginliyi, kommunikasiya layihələri və regional balans baxımından bunun nəzərə alınmasının vacibliyi qeyd olunub.
Sonda bildirilib ki, Azərbaycanın əsas prioriteti 2023-cü ildən sonra yaranmış yeni reallıq əsasında davamlı sülhün təmin edilməsidir. Bununla yanaşı, pilotsuz sistemlər, Hava Hücumundan Müdafiə, radioelektron mübarizə, kibertəhlükəsizlik və yerli müdafiə sənayesinin inkişafı ilə hərbi-texniki üstünlüyün qorunmasının ölkənin təhlükəsizlik strategiyasında mühüm yer tutduğu, regionda sabitliyin isə silahlanma yarışından deyil, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsindən keçdiyi vurğulanıb.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
