İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyadan İraqa gətirilən İŞİD tərəfdarı və döyüşçülərinin sayı açıqlanıb.
Bu barədə İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, hazırda İraq ərazisində Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan köçürülmüş İŞİD terrorçu qruplaşmasının 2 200-dən çox keçmiş tərəfdarı və döyüşçüsü yerləşdirilib.
“İraq artıq Suriyadan gətirilən 2 250 nəfər İŞİD tərəfdarı və döyüşçüsünü qəbul edib. İŞİD təhlükəsinin yayılmasının qarşısını almaq üçün İraq hökuməti və ölkənin təhlükəsizlik qüvvələri bu qədər keçmiş döyüşçünün yerləşdirilməsi və prosedur məsələlərinin öhdəsindən gəlməyə hazırdır.
Xüsusi qruplar artıq gətirilmiş şəxslərlə bağlı ilkin araşdırmalara və onların təhlükəlilik səviyyəsinə, eləcə də qruplaşmanın fəaliyyətinə cəlb olunma dərəcəsinə görə təsnifatına başlayıblar, etiraf ifadələri qeydə alınır. İraq tərəfi İŞİD-in cinayətlərində iştirak etmiş bütün şəxsləri ölkə məhkəmələrində mühakimə etmək niyyətindədir.
İraqın Xarici İşlər Nazirliyi terrorçu qruplaşmanın cinayətlərinə qarışan vətəndaşların təhvil verilməsi məsələsi ilə bağlı bir sıra dövlətlərlə əlaqə saxlayır. İŞİD tərəfdarlarının digər ölkələrə verilməsi prosesi yalnız İraq tərəfinin təqdim etdiyi bütün hüquqi tələblər yerinə yetirildikdən sonra başlayacaq”, – deyə məlumatda bildirilir.
#İraq teqi istifadə olunub
- İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
