İslamabad görüşü niyə gecikir?
Yeniliklərdən dərhal xəbərdar olun
“İran ABŞ hökumətinə güvənmir”.
Bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında yazıb.
“Öhdəliklərə sadiqlik istənilən dialoqa haqq qazandıran məntiqdir”, – o bildirib.
Məsud Pezeşkian əlavə edib ki, İranda ABŞ hökumətinin əvvəlki addımlarına qarşı dərin kök salmış tarixi etimadsızlıqdan əlavə, Amerika rəsmilərinin son günlərdəki qeyri-konstruktiv və ziddiyyətli yanaşması özündə acı bir mesaj daşıyır:
“Onlar İranın təslim olmasını tələb edirlər, İran xalqı isə təzyiqə baş əymir”.
Bu arada İran ABŞ ilə yaxın günlərdə növbəti raundu İslamabadda keçirilməli olan danışıqlarda iştirak etməkdən hələ də imtina edir.
Bu barədə “Tasnim News” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın vitse-prezident Ceyms Devid Vensin və ABŞ nümayəndə heyətinin digər üzvlərinin Pakistana yola düşməsi barədə bəyanatına baxmayaraq, İranın danışıqlarda iştirak etməmək qərarı indiyədək dəyişməyib.
Qeyd olunur ki, İranın iştirakı müəyyən ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır. Agentliyin məlumatına görə, Hörmüz boğazındakı İran limanlarının hərbi-dəniz blokadası məsələsi danışıqlar yolunda çox ciddi maneədir. Lakin dəniz blokadası məsələsindən başqa, amerikalıların mesaj mübadiləsində qarşıdan gələn danışıqların aydın perspektivlərini göstərməyən digər kobud səhvlər də yer alır.
Beləliklə, bəzi fundamental maneələr aradan qaldırılana və İran üçün məqbul olan razılaşmanın əldə olunması üçün aydın perspektivlər formalaşana qədər danışıqlarda iştirak etməyə heç bir əsas yoxdur.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
