İsrail bu ərazidə genişmiqyaslı əməliyyata başladı! - Netanyahuya “yaşıl işıq”
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginlik yeni və daha şiddətli fazaya daxil olub. İsrail ordusu Qəzza şəhərini tamamilə nəzarətə götürmək üçün "Gideonun arabası 2" planı çərçivəsində genişmiqyaslı quru əməliyyatına start verib. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, bu hücum qərarı ABŞ dövlət katibi Marko Rubionun Baş nazir Benyamin Netanyahu ilə Qüdsdəki görüşündən dərhal sonra verilib. Rubionun Tramp administrasiyasının əməliyyata "yaşıl işıq" yandırdığı barədə mesajı İsrail hərbi kabinetini hərəkətə keçirib. Tankların şəhər mərkəzinə daxil olması, Həmsin atəşkəs şərtlərini qəbul etməsi üçün verilən son bir neçə günlük möhlət və mülki əhali arasındakı itkilər barədə ən son məlumatlar proqramda yer alıb. Vaşinqtonun dəstəyi ilə keçirilən bu sürətli əməliyyatın regionun gələcək xəritəsinə təsiri və Netanyahunun "mütləq qələbə" strategiyası Baku TV-nin "Dünya" rubrikasında təhlil olunur.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
