İsrail Haniyəyə görə cəzalanacaq | İranın Baş Qərargah rəisindən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrail sərt cavab alacaq”.
Bunu İran ordusunun baş komandanı general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Sionist rejimə şillə dəyəcək və bu, törətdiyi cinayətin cəzası olacaq”, – deyə o, Tehranda İsmayıl Haniyə ilə vida mərasimində dövlət televiziyasına söyləyib.
İranın Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ilkin araşdırmalar onu göstərir ki, sui-qəsd havadan yerə atılan raketlə həyata keçirilib.
Məlumatda Tehranın şimalında Haniyənin qonaq olaraq qaldığı evin dördüncü mərtəbəsinə hava-yer raketi atıldığı, partlayış nəticəsində Haniyənin olduğu otağın pəncərələri və tavanının dağıntıya məruz qaldığı bildirilir.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
