Pleyeri seçin:

İsrail İranı vuracaq, amma çəkinir ki... | İran qonşu ölkələrə hücum edəcək?

09 oktyabr 2024 206 baxış

“İsrail İrana mütləq hücum edəcək. Lakin bunun yaxın günlərdə olacağını düşünmürəm. Çünki İsrail kəşfiyyat məlumatları əsasında iş görür. Kəşfiyyatın qərarından asılı olaraq hücuma keçəcək. İran daxilində də xalqı hücumla bağlı hazırlayıblar. Yəni İran da İsrailin hücumunu gözləyir”.

Bu sözləri Axar.az-a SEPAH-ın azərbaycanlı eks-polkovniki Əli Rzayi İsrailin İranın hansı hədəflərini vuracağı ilə bağlı ehtimallardan danışarkən deyib.

Onun sözlərinə görə, hər şey İsrailin məqsədindən asılıdır:

“Sadəcə, Tehrana cavab xətrinə hücum edərsə, İranın itkiləri çox olmayacaq. Yox, əgər niyyəti ciddi olsa, ölkədə rejim dəyişikliyinə də səbəb ola bilər.

İsrailin vuracaqları hədəfləri təxmin etmək olar. ABŞ nüvə obyektlərinin vurulmasını istəmir. İsrail də islam ölkəsinə böyük ziyan vurmaq istəsə, çalışacaq ki, vurduğu hədəflər uzunmüddətli problemlərə gətirib çıxarsın. Əsas hədəf İranın infrastrukturudur. Məqsəd isə İran daxilində rejimə qarşı xalq etirazlarını başlatmaqdır.

Məsələn elektrik stansiyaları hədəfdə ola bilər. Yanacaqdoldurma məntəqələri vurulacaq ki, benzin qıtlığı yaransın və maşınların hərəkətində problem olsun. Bu da xalqın gələcək günlərdə etirazına səbəb ola biləcək addımlardır. Pəhləviləri də hakimiyyətə hazırlayırlar və rejimi devirib, onları hakimiyyət başına keçirmək istəyi mümkündür”.

Polkovnik bildirib ki, dünya ölkələri bu münaqişənin alovlanmasını istəmir:

“Çünki İsrailin cavab zərbəsinə gərək İran yenə cavab versin və bu davamlı ola bilməz. Həm də ehtiyat edirlər ki, İran ətrafındakı ölkələrə hücum edəcək. Odur ki, İsrail ABŞ-nin məsləhəti ilə ciddi münaqişəyə gətirib çıxaran hədəfləri vurmayacaq”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 206 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 206 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 206 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 206 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 206 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 206 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 206 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon