İsrail mediasında Netanyahu ilə bağlı qalmaqallı xəbərlər yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail mediasında Baş nazir Benyamin Netanyahunun mümkün istefası ilə bağlı yeni və mübahisəli iddialar yayılıb.
“Kan-11” telekanalının məlumatına görə, Prezident İsxak Hersoq Baş nazirin amnistiya müraciətini nəzərdən keçirməyə hazırdır, lakin bu addımı yalnız müəyyən şərtlərlə atmağa niyyətlidir.
İddialara görə, B.Netanyahunun qarşısına iki əsas tələb qoyula bilər: birincisi, onun baş nazir postundan istefa verməsi, lakin gələcək seçkilərdə yenidən bu vəzifəyə qayıtmaq imkanının saxlanılmasıdır. İkincisi isə ölkədə uzun müddət siyasi gərginlik yaradan hüquqi islahatların davam etdirilməsindən imtina etməsi təklifidir.
Prezident administrasiyası yayılan məlumatları təkzib edərek İ.Hersoqun hələ heç bir qərar vermədiyini, bunun üçün mütəxəssislərlə geniş məsləhətləşmələr aparacağını açıqlayıb.
Mövzu ilə bağlı oxşar iddia digər telekanallarda da səsləndirilib. Baş verənlərin fonunda Təl-Əvivdə Prezidentin evinin qarşısında etiraz aksiyası keçirilib. Təxminən 200 nəfərlik qrup İ.Hersoqdan B.Netanyahunun əfv müraciətini rədd etməyi tələb edib.
Polis aksiyanı qanunsuz elan edərək nümayişçiləri ərazidən uzaqlaşdırmağa çalışıb. Hadisə yerində gərginlik yaşandığı bildirilir.
Netanyahunun istefa verib-verməyəcəyi isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
