İsrail nələri gizlədir? - Boreldən sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel HƏMAS-la bağlı sensasiyalı açıqlama verib.
Diplomat iddia edir ki, hərbi qruplaşmanın yaradılması və maliyyələşməsi İsrail tərəfindən həyata keçirilir.
"HƏMAS-ı quran və maliyyələşdirən İsraildir. Mən demirəm ki, İsrail maliyyə çekləri göndərərək HƏMAS-ı maliyyələşdirir, lakin rəsmi Tel-Əviv hərbi qruplaşmanın inkişafına şərait yaradıb. 30 ildir bu həllin mümkünlüyünə mane olan Netanyahu hökumətindən başqa, hamı bu məsələdə həmfikirdir. İsrail istəmədiyi məqamları deyir, lakin bunun əksinə istədiyini demir. Onların həll yolu nədən ibarətdir? Mənim fikrimcə, bu məsələ ilə bağlı daha yaxşı alternativlər var", – C.Borel bildirib.
Onu da qeyd edək ki, martın 4-də Qəzzada İsrail-HƏMAS arasında atəşkəsin imzalanacağı gözlənilir. Bu barədə məlumatı ABŞ Prezidenti Cozef Bayden jurnalistlərə açıqlamasında deyib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
