İsrail Nəsrullahı aradan götürdü ki... | Rusiyanın BMT-dəki daimi nümayəndəsi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərq böyük bir müharibəyə doğru irəliləyir”.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclası zamanı deyib.
O bildirib ki, İsrail rəhbərliyi Tehran və Vaşinqton arasında birbaşa münaqişə yaratmaq niyyətindədir.
“Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürməklə İsrail münaqişəni qəsdən qızışdırıb, İran tərəfi isə müstəsna təmkin nümayiş etdirib. Bu, Livan və bütün Qərbi Qüds üçün fəlakətli nəticələrlə doludur. İsrail rəhbərliyi öz planlarını həyata keçirməyə davam edərsə, münaqişə bütün dünyanı təhdid edəcək və ağlasığmaz eskalasiya riski yaranacaq. İsrail rəhbərliyinin nəyin bahasına olursa-olsun əsas regional rəqibi İran və ABŞ arasında birbaşa münaqişə yaratmağı planlaşdırdığı getdikcə daha aydın olur”, – deyə o vurğulayıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
