Pleyeri seçin:

İsrail Ordusu yenidən hücuma keçdi

30 mart 2026 474 baxış

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtına yeni hücum dalğasını həyata keçirib.

Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, hücumlar Tehrandakı hərbi sənaye komplekslərini və obyektləri hədəf alıb. Əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib və 120-dən çox sursatdan istifadə edilib.

İsrail ballistik raketlərin istehsal olunduğunu və saxlanıldığını iddia etdiyi obyektləri də vurub. Hücumdan sonra İranda elektrik enerjisinin kəsintiləri barədə məlumatlar yayılıb.

"Fars" xəbər agentliyinin məlumatına görə, Kərəc şəhərində, eləcə də İran paytaxtının bir neçə rayonunda elektrik enerjisinin kəsintiləri qeydə alınıb.

Qeyd olunub ki, İsrail Ordusu İranın mərkəzi və qərbindəki hədəflərə 140 hava hücumu həyata keçirib. Hərbçilərin məlumatlarına görə, hədəflər arasında hava hücumundan müdafiə sistemləri ilə əlaqəli obyektlər də olub.

Həmçinin İsfahan Texnologiya Universiteti ABŞ və İsrailin hücumlarına məruz qalıb. Məlumata görə, hücum nəticəsində universitetin bir neçə binasına ziyan dəyib, azı dörd işçi yaralanıb. Qeyd olunur ki, bu, eskalasiya başlayandan bəri universitetə edilən sayca ikinci hücumdur.

İranın Gürcüstandakı səfiri sosial şəbəkədəki paylaşımına görə XİN-ə çağırılıb - Baku TV CANLI

İranın Gürcüstandakı səfiri sosial şəbəkədəki paylaşımına görə XİN-ə çağırılıb - Baku TV CANLI

Dünya
30 sentyabr 2026 474 baxış
Tokayevin Ukrayna müharibəsi ilə bağlı təklifinə Kreml necə münasibət bildirdi? - Baku TV CANLI

Tokayevin Ukrayna müharibəsi ilə bağlı təklifinə Kreml necə münasibət bildirdi? - Baku TV CANLI

Dünya
30 sentyabr 2026 474 baxış
Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?

Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?

Dünya
30 sentyabr 2026 474 baxış
“Savaş ən dəhşətli mərhələyə keçib” | Rusiya nüvə silahını işə salmağa hazırlaşır? - Baku TV

“Savaş ən dəhşətli mərhələyə keçib” | Rusiya nüvə silahını işə salmağa hazırlaşır? - Baku TV

Dünya
30 sentyabr 2026 474 baxış
Milyardların yeni ünvanı: neft yox, data və süni intellekt? - AKTUAL GÜNDƏM

Milyardların yeni ünvanı: neft yox, data və süni intellekt? - AKTUAL GÜNDƏM

Dünya
30 sentyabr 2026 474 baxış
Baltikyanı ölkələr hücum təhlükəsi altındadır? - Baku TV CANLI

Baltikyanı ölkələr hücum təhlükəsi altındadır? - Baku TV CANLI

Dünya
30 sentyabr 2026 474 baxış
Kalininqrad böhranı daha böyük qarşıdurmaya çevriləcək? - Baku TV CANLI

Kalininqrad böhranı daha böyük qarşıdurmaya çevriləcək? - Baku TV CANLI

Dünya
30 sentyabr 2026 474 baxış
Almaniyadan gözlənilməz addım | 1,35 milyard avro nəyə xərclənəcək?

Almaniyadan gözlənilməz addım | 1,35 milyard avro nəyə xərclənəcək?

Dünya
30 sentyabr 2026 474 baxış
Özəl sektor üçün dollarla bağlı əməliyyatlar risk altına düşüb

Özəl sektor üçün dollarla bağlı əməliyyatlar risk altına düşüb

Dünya
30 sentyabr 2026 474 baxış
İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?

İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?

Dünya
30 sentyabr 2026 474 baxış
Seçilmişlər
icon