İsrail Qəzzaya hücumlara görə Yaxın Şərqdə təklənir | Misir İsraili hədələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginlik pik həddə: İsrailin Qəzza zolağında davam etdirdiyi intensiv hərbi əməliyyatlar fonunda bölgənin ən mühüm oyunçularından biri olan Misir rəsmi Tel-Əvivə kəskin xəbərdarlıq edib. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, Misir hakimiyyəti fələstinlilərin Sina yarımadasına məcburi köçürülməsi cəhdlərini "müharibə elanı" kimi qiymətləndirir. Eyni zamanda, Qahirədəki HƏMAS liderlərinə qarşı mümkün sui-qəsd planlarının ifşası iki ölkə arasındakı 1979-cu il Kemp-Devid sülh müqaviləsini ləğv olunma təhlükəsi ilə üz-üzə qoyub. Misirin sərhədə 40 minlik əlavə qoşun və ağır texnika yerləşdirməsi, həmçinin İsrailin Yaxın Şərqdə getdikcə təklənməsi barədə analitik təhlillər və hadisə yerindən ən son görüntülər Baku TV-nin "Dünya" rubrikasında.
#Qəzza zolağı teqi istifadə olunub
