İsrail qırıcıları İranın Xəzər dənizindəki bir sıra obyektlərini vurub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İranın Hərbi Dəniz Qüvvələrinin əsas infrastrukturuna zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Zərbələr ötən gün İsrail HHQ-nin qırıcı təyyarələri tərəfindən kəşfiyyat məlumatları əsasında endirilib. Hədəflər İranın onlarla hərbi gəmi, eləcə də raket gəmiləri və patrul katerlərinin olduğu HDQ bazaları və limanlardakı obyektlər olub.
Vurulan hədəflər arasında hava müşahidə sistemləri və əlavə sualtı qayıq əleyhinə raketlərlə təchiz olunmuş gəmilər, köməkçi gəmilər və patrul katerləri var idi.
Həmçinin İran HDQ-nin Xəzərdə dəniz əməliyyatlarını idarə etdiyi limanın komanda mərkəzi və gəmilərin təmiri və texniki xidməti üçün istifadə olunan əsas infrastruktur da vurulub.
İsrail Ordusundan verilən məlumata görə, liman İran HDQ tərəfindən cari hərbi əməliyyatların aparılması üçün istifadə olunurdu.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
