Pleyeri seçin:

İsrail və Livan hansı məsələdə razılığa gəlib?

16 iyul 2026 288 baxış

İtaliyanın paytaxtı Romada ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında ikigünlük danışıqlar başa çatıb.

ABŞ nümayəndəsi bildirib ki, tərəflər Romada qoşunların geri çəkilməsi planı üzrə irəliləyiş əldə ediblər.

Bu plana əsasən, İsrail qoşunları bir neçə gün ərzində Livanın cənubundakı "pilot zonalardan" geri çəkilməyə başlaya bilər.

Bu, martın 2-də İsrail və Livanın "Hizbullah" qruplaşması arasında münaqişənin kəskinləşməsindən sonra iki ölkə arasında danışıqların altıncı raundudur.

İyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə bağlanmış çərçivə sazişinə uyğun olaraq, Livan və İsrail silahlı qruplaşmaların tərk-silah edilməsini, eləcə də İsrail qoşunlarının ölkənin cənubundan tədricən çıxarılmasını və orada Livan hökumət qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan "pilot zona" layihəsini həyata keçirmək barədə razılığa gəlib.

Mənbə danışıqları "məhsuldar və müsbət" adlandırıb: "Biz pilot zonanın strukturunu və iş prinsiplərini razılaşdırdıq, onlar yaxın günlərdə yekun olaraq təsdiqlənəcək və həyata keçiriləcək".

Məlumata görə, danışıqlar çərçivə sazişini həyata keçirmək və İsrail ilə Livan arasında hərtərəfli razılaşma əldə etmək üçün texniki mərhələyə keçəcək.

Banner
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV

İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV

Dünya
25 oktyabr 2026 288 baxış
Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV

Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV

Dünya
25 oktyabr 2026 288 baxış
Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV

Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV

Dünya
25 oktyabr 2026 288 baxış
Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV

Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV

Dünya
25 oktyabr 2026 288 baxış
Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Dünya
24 oktyabr 2026 288 baxış
Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Dünya
24 oktyabr 2026 288 baxış
Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Dünya
24 oktyabr 2026 288 baxış
Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Dünya
24 oktyabr 2026 288 baxış
ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

Dünya
24 oktyabr 2026 288 baxış
Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Dünya
24 oktyabr 2026 288 baxış
Seçilmişlər
icon