İsraildə daxili gərginlik pik həddə çatdı | Netanyahu istefa verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 7-də İsraildə minlərlə insan etiraz aksiyası keçirib.
İştirakçılar Baş nazir Benyamin Netanyahunun istefasını və 6 ay əvvəl İsrail ərazisinə hücum zamanı HƏMAS qruplaşmasının əsir götürdüyü girovların azad edilməsini tələb ediblər.
Yerli medianın məlumatına görə, paytaxt Təl-Əvivdə və ölkənin digər şəhərlərində nümayişlər İsrail hərbçilərinin girovlardan birinin cəsədinin qaytarıldığını açıqlamasından sonra başlayıb. Küçələrə çıxan sakinlər hesab edirlər ki, Netanyahu hökuməti Qəzzada hələ də HƏMAS-ın saxladığı 130-a yaxın girovu azad etmək iqtidarında deyil.
Etirazlarda iştirak edənlər arasında girovların yaxınları da olub. Cəsədi qaytarılan əsirin bacısı şəxsi sosial media hesabında bildirib ki, əgər İsrail hakimiyyəti atəşkəsə razılaşsaydı, qardaşı evə sağ qayıda bilərdi.
“Liderlərimiz qorxaqdır və siyasi mülahizələrlə idarə olunur. Buna görə də heç bir razılaşma yoxdur. Baş nazir, Hərbi Nazirlər Kabineti və koalisiya üzvləri! Güzgüdə özünüzə baxın və mənə deyin ki, əlləriniz qana bulanmayıb”, – o paylaşımında qeyd edib.
Təşkilatçıların məlumatına görə, etirazlarda 100 minə yaxın, digər mənbələrə görə isə iştirakçıların sayı 45 minə yaxın olub.
Yeri gəlmişkən onu da qeyd edək ki, Təl-Əvivdə nümayiş zamanı avtomobil izdihamın üzərinə çırpılıb, nəticədə 5 nəfər yaralanıb, sürücü isə həbs edilib. Bəzi hallarda nümayişlər polislə toqquşmalarla müşayiət olunub.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
