İsraildə fikir ayrılığı | Yaxın Şərqdə sülh mümkünsüzləşir?
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
Qəzzada həlak olanların sayı gündən-günə artır. Artıq müharibə nəticəsində həyatını itirənlərin sayı 36 mini keçib.
Müharibə başlayandan indiyədək Fələstin tərəfindən 35 456 nəfər, İsraildən isə 1410 nəfər həlak olub.
İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə, oktyabrın 7-dən bu yana 630 nəfər əsgər həyatını itirib. Bildirilib ki, itkilər artmağa davam etsə, regionda sülhə dair heç bir əlamət olmayacaq. İsrailin Baş naziri Benyamin Netanyahu da bu səbəbdən müharibə kabinetinin təklifi ilə razılaşmayıb. Təklifdə HƏMAS hərbi qruplaşması ilə girovların azad edilməsinə dair razılığın əldə edilməsi üçün danışıqlar prosesinin inkişafı nəzərdə tutulurdu.
Yerli KİV-in yaydığı məlumata görə, hazırda rəsmi Təl-Əvivdə atəşkəslə bağlı fikir ayrılıqları mövcuddur. Ölkənin hərbi kabinetindəki rəsmilərdən biri “Heç kim burada müharibəni dayandırmaq niyyətində deyil. Amma sizin mövqeyiniz girovların geri qaytarılmasına da imkan vermir”, – deyə B.Netanyahuya narazılığını ifadə edib.
#Fələstin teqi istifadə olunub
