İsraildən İrana Suriyada ağır zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi müşaviri Razi Musəvi İsrailin zərbələri nəticəsində Suriyada həlak olub.
Yerli medianın yaydığı xəbərə görə, R.Musəvi İranın Suriyadakı səfiri ilə görüşdükdən sonra Dəməşqin cənubunda öldürülüb.
Məlumat üçün bildirək ki, o, rəsmi Tehranın Suriyaya, Livandakı “Hizbullah” hərəkatına silah göndərməsini asanlaşdıran obraz kimi yadda qalıb, eyni zamanda Qüds Qüvvələri ilə Suriya hökuməti arasında koordinasiyaya cavabdeh olub. İran tərəfi çox üstünü açmasa da, R.Musəvi Livan və Suriyada onilliklər boyunca təcrübəli veteran hərbçi kimi tanınıb.
Həmçinin iddia edilir ki, R.Musəvi İranın “Fateh” sinfinə aid olan “yer-yer” tipli ballistik raketlərin “Hizbullah”a çatdırılmasında mühüm rol oynayıb.
O, 2020-ci il yanvarın əvvəlində ABŞ-nin hücumu nəticəsində İraqda öldürülən Qasım Süleymaninin sağ əli kimi tanınıb. Qüds Qüvvələrinin hazırkı komandanı İsmayıl Qaani isə R.Musəvini qərargah rəisi təyin edib. Bu, R.Musəvinin SEPAH-ın Qüds Qüvvələrində ikinci ən yüksəkrütbəli İran hərbi zabiti olması deməkdir.
Qeyd edək ki, İran 2023-cü ilin son ayında üç yüksəkrütbəli hərbçisini İsrailin Suriyadakı hərbi əməliyyatları nəticəsində itirib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
