İsraildən Qəzzaya ardıcıl zərbələr: 9 BMT əməkdaşı həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS-ın raket hücumlarına cavab olaraq İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin əməkdaşları həlak olub.
Bu barədə Agentliyin kommunikasiyalar üzrə direktoru Culiet Tuma “Associated Press”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qəzzada Agentliyin 9 əməkdaşı həlak olub. Qeyd edilib ki, onlar yaşadıqları binanın İsrail təyyarələri tərəfindən bombardman edilməsi nəticəsində həyatlarını itiriblər.
“Münaqişə zamanı mülki şəxslərin müdafiəsi hər şeydən vacibdir. Onlar müharibə qanunlarına uyğun olaraq qorunmalıdır”, – deyə Agentlik rəsmisi öz açıqlamasında bildirib.
C.Tuma əlavə edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin sığınacağına çevrilmiş 18 məktəb aviazərbələr nəticəsində zədələnib və qurumun Qəzzadakı qərargahı da ciddi zərər görüb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
