Pleyeri seçin:

İsraili qəzəbləndirən xəbər | Beynəlxalq məhkəmə rəhbərliyi həbs edə biləcək?

28 may 2024 557 baxış

Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Kərim Xan HƏMAS lideri Yəhya Sinvar və İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsi üçün məhkəmə hakimlərinə müraciət edib.

Britaniyalı hüquqşünas Kərim Xanın müraciəti ciddi şəkildə əsaslandırılmış məlumatlardan ibarətdir. Ancaq onun İsrailin hökumət rəhbəri və müdafiə naziri barəsində etdiyi müraciət rəsmi Təl-Əviv və müttəfiqləri tərəfindən hiddətlə qarşılanıb.

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə qarşı “Əl-Əqsa fırtınası” əməliyyatını başladıqdan sonra İsrail buna çox sərt cavab verib. Artıq İsrailin keçirdiyi əməliyyatlar o həddə çatıb ki, Avropa ölkələrinin özündə belə insanlar buna etiraz edirlər. Amma maraqlıdır ki, Asiya və Afrika ölkələrinin dövlət başçılarına beynəlxalq məhkəmə tərəfindən cinayət işlərinin açılmasını dəstəkləyən ABŞ mövzu öz müttəfiqinə gəldikdə fərqli mövqe nümayiş etdirir.

Rəsmi Vaşinqton bir tərəfdən Rusiyanın Ukraynada etdiklərinə görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını tələb edir, digər tərəfdən isə həmin məhkəmədə İsrail haqqında qaldırılmış iddianın ləğvinə çalışır. Bayden administirasiyası məhkəmənin Rusiya Prezidenti Vladimir Putin barədə verdiyi hökmü dəstəkləyir. Kreml isə Ağ Evin bu davranışlarına cavab olaraq Ukraynada əməliyyat coğrafiyasını daha da genişləndirir. Vaşinqton yaxşı başa düşür ki, İsrailə etdiyi güzəştlər digər ölkələri də bu kimi qanunsuz aksiyalara həvəsləndirir.

Təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq öz gücünü itirib, ondan ancaq zəif dövlətə qarşı təzyiq rıçağı kimi istifadə edirlər. Hüquqa deyil, gücə əsaslanan siyasət hazırda məqsədə çatmaq yolunda əsas vasitədir. Beynəlxalq Ədalət Məhkəməsi prokurorunun tələbi bir yana, hətta məhkəmə hakimlərinin qərarı olsa belə İsrailin dövlət rəsmilərinin həbsi gözlənilən deyil.

Sudan Prezidenti Ömər Əl-Bəşir haqqında həbs qərarı verən və hətta Sudanın dövlət başçısını belə həbs edə bilməyən belə bir dişsiz qurumun Qərb tərəfindən yüksək səviyyədə dəstəklənən İsrail rəhbərliyini həbs etməsi inandırıcı görünmür. Hər halda baş verən bu hadisə Benyamin Netanyahu üçün heç də xoş xəbər deyil. O, vəzifəsindən getdikdən sonra elə İsrail özü onu siyasətdən çəkilməsinin nəticəsi olaraq məhkəməyə təqdim edə bilər. Ancaq bu ehtimal olduqca zəifdir. Çünki təkcə kiminsə həbsi deyil, İsrail-Fələstin mübarizəsində İsrailin özünü pis vəziyyətə qoyacaq addımdır. Buna görə də Kərim Xanın qaldırdığı cinayət işi sadəcə onun hədələnməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə xidmət edəcək addım kimi yadda qalacaq.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 557 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 557 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 557 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 557 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 557 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 557 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 557 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 557 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 557 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 557 baxış
Seçilmişlər
icon