İsrailin Baş naziri siyasətdən gedəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Almaniya bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstini dövlət kimi tanımaq niyyətində deyil”.
Bunu Almaniya Kansleri Fridrix Merts İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planının mərhələli şəkildə həyata keçirilməsi vacibdir:
"Sonunda nə olacağını bu gün heç kim bilmir. Vəziyyət belə olduğu üçün Almaniya hökuməti digər Avropa dövlətlərindən fərqli olaraq Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz yaxın gələcəkdə bunu etməyəcəyik", – deyə Merts bildirib.
Onun fikrincə, hazırda Fələstin dövlətinin yaradılması üçün heç bir şərait yoxdur.
Konfrans zamanı Netanyahu dekabrın sonunda Prezident Trampla görüşəcəyini açıqlayıb.
O əlavə edib ki, Trampla görüşü zamanı sülh üçün mümkün perspektivlər, eləcə də HƏMAS qruplaşmasının Qəzzadakı hakimiyyətinə son qoyulması müzakirə olunacaq.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
