İsrailin Baş nazirindən Suriyadakı hadisələrlə bağlı vacib açıqlama | Yaxın Şərq üçün tarixi gündür
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu, Yaxın Şərq üçün tarixi bir gündür. Əsəd rejiminin süqutu böyük imkanlar təqdim etməklə yanaşı, həm də ciddi təhlükələrlə doludur. Bu süqut bizim “Hizbullah”a və İrana, Əsədə qarşı mövqeyimizin birbaşa nəticəsidir”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada baş verən hadisələrlə bağlı açıqlamasında deyib.
“Bu həm də o deməkdir ki, biz mümkün təhlükələrə qarşı tədbir görməliyik. Bunlardan biri də İsrail və Suriya arasında 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Sazişinin qüvvədən düşməsidir. Bu müqavilə 50 il davam etdi. Dünən gecə o, qüvvədən düşdü. Suriya Ordusu mövqelərini tərk etdi. Biz heç bir düşmən qüvvənin İsrailin sərhədi yaxınlığında yerləşdirilməməsi üçün ordumuza bu mövqeləri ələ keçirmə əmri verdik. İsrail qüvvələrinin bufer zonada yerləşdirilməsi müvəqqəti tədbirdir.
Biz kürdlərə, xristianlara və İsraillə sülh içində yaşamaq istəyən müsəlmanlara əlimizi uzadırıq. Hadisələri izləyəcəyik. Suriyada ortaya çıxan yeni qüvvələrlə qonşuluq və sülh münasibətləri qurmaq istəyirik. Lakin biz həm də İsrail dövlətini təhlükələrdən qorumaq üçün əlimizdən gələni edəcəyik”, – o əlavə edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
