İsrailin bomba tədarükünə qoyulan məhdudiyyət aradan qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa yəhudi dövlətinə 2000 funt-sterlinq, təxminən 907 kq bomba tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.
Bu barədə Baş nazirin ofisi məlumat yayıb.
B.Netanyahu vurğulayıb ki, silahlar ölkəsinə özünümüdafiə üçün lazımdır.
“Donald Tramp, İsrailə özünü müdafiə etmək, ümumi düşmənlərimizlə mübarizə aparmaq və sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan alətləri vermək vədini yerinə yetirdiyiniz üçün təşəkkür edirəm”, – deyə Baş nazir qeyd edib.
Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edərək, İsrailin özünümüdafiə üçün lazım olan hər şeyə sahib olduğu zaman Yaxın Şərqin daha təhlükəsiz olacağı fikrini bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
