Pleyeri seçin:

İsrailin İranla bağlı qırmızı xətləri açıqlandı

04 fevral 2026 517 baxış

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşdə İranla bağlana biləcək istənilən məqbul razılaşma üçün Təl-Əvivin qırmızı xətlərini açıqlayıb.

Bu barədə “Ynet” məlumat yayıb.

Nəşr yazır ki, bu qırmızı xətlərə uranın zənginləşdirilməsinin tam dayandırılması, zənginləşdirilmiş uranın 450 kiloqramlıq ehtiyatının İran ərazisindən çıxarılması, ballistik raket proqramının dayandırılması və regional proksi qüvvələrə dəstəyin sona çatdırılması daxildir.

Üç saat yarım davam edən görüşdə İsrailin təhlükəsizlik qurumlarının rəhbərləri Uitkoffa İranın nüvə proqramı, bu ölkənin ballistik raket layihələri ilə bağlı ən son kəşfiyyat və etirazlar zamanı mülki şəxslərin qətlə yetirilməsi barədə məlumatları təqdim ediblər.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi də Tehranın yaratdığı maneələrə toxunaraq bildirib ki, Vaşinqton sadəlövh deyil, öz şərtləri üzərində möhkəm dayanacaq.

“Ynet”in məlumatına görə, İsrailin ən böyük narahatlığı ABŞ-nin özləri tərəfindən müəyyən edilmiş dörd şərtdən ikisi üzrə güzəştə getməsidir.

Bu isə o deməkdir ki, ABŞ nüvə məhdudiyyətləri üzərində israr edə, amma ballistik raketlər, terror fəaliyyəti, proksi qüvvələrə dəstək və etirazçıların repressiyası məsələlərində geri çəkilə bilər.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 517 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 517 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 517 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 517 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 517 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 517 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 517 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 517 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 517 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 517 baxış
Seçilmişlər
icon