İsrailin keçmiş Baş naziri Rusiya ilə münasibətlərdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin keçmiş Baş naziri və Knessetdəki müxalifət qrupunun lideri Yair Lapid İsrailin “Vesti” qəzetinə müsahibəsində rəsmi Moskvanın Qəzza zolağındakı münaqişədə tutduğu mövqeyə görə Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə heç bir isti münasibətlər olmamalıdır. Müsahibəsində israilli siyasətçi deyib ki, o, Moskvanın Fələstinin HƏMAS hərəkatı ilə əlaqələrini İsrail üçün zərərli hesab edir. Onun fikrincə, İsrail rəhbərliyi Rusiya ilə münasibətlərini dəyişməlidir.
"İsrail çox uzun müddət tutduğu mövqeyə görə Rusiyanı və onun rəhbərliyini bağışlamaqda çətinlik çəkəcək", – Y.Lapid deyib.
Yair Lapid vurğulayıb ki, dövlətlər münasibətləri elə belə kəsmirlər, lakin hansısa təhqir olarsa, onları bağışlamırlar.
Siyasətçi həmçinin qeyd edib ki, İsrail Rusiya ilə strateji münasibət saxlamalıdır, lakin yaxın gələcəkdə isti münasibətlər yolverilməzdir.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
