Pleyeri seçin:

İsrailin Qəzza əməliyyatları aranı qatdı | Trampa Netanyahu barədə qəti tələb

04 avqust 2025 248 baxış

“The Jerusalem Post” qəzetinin yaydığı məlumata əsasən, İsrailin 600-dən çox keçmiş təhlükəsizlik əməkdaşı ABŞ Prezidenti Donald Trampa açıq müraciət ünvanlayıb.

Müraciətdə onlar Netanyahunun Qəzza siyasətinə son qoymaq üçün Trampı birbaşa təsir göstərməyə çağırıblar.

Müraciəti imzalayanlar arasında keçmiş general və polkovniklər, “Mossad” və “Şin Bet” kimi güc strukturlarının sabiq rəhbərləri, eyni zamanda İsrail Ordusunun elit bölmələrində xidmət etmiş zabitlər yer alır.

Onların fikrincə, Qəzzada davam edən hərbi əməliyyatlar artıq İsrailin təhlükəsizliyinə xidmət etmir, əksinə, ölkəni beynəlxalq təcridə sürükləyir və regionda daha böyük təhlükələrə yol açır.

Məktubda xüsusi vurğulanır ki, Donald Tramp ABŞ Prezidenti və İsrailin ən mühüm strateji tərəfdaşı kimi Netanyahunun destruktiv siyasətini dayandırmaq gücündə olan nadir liderlərdən biridir. İmzaçılar Trampdan tələb edirlər ki, İsrail rəhbərliyinə atəşkəsin elan olunması və Qəzzada humanitar dəhlizlərin açılması üçün təzyiq göstərsin, eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində yeni proseslərə start verilsin.

Bu müraciət həm də İsrailin daxili siyasi həyatında Netanyahunun siyasətinə qarşı artan narazılığı göstərir. Təhlükəsizlik elitasının tanınmış simaları açıq şəkildə bildirirlər ki, Baş nazirin şəxsi maraqları və siyasi ambisiyaları İsrail xalqının təhlükəsizliyini ikinci plana atır və müharibə yolu ilə bu təhlükəsizlik təmin edilə bilməz.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 248 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 248 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 248 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 248 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 248 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 248 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 248 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 248 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 248 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 248 baxış
Seçilmişlər
icon