İsrailin Qəzzada əməliyyatları davam edir: ölən və yaralananlar pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və HƏMAS qruplaşması arasında gərginlik 24 gündür davam edir.
İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə, son bir neçə gün ərzində HƏMAS-a məxsus 600-dən çox hədəfə, o cümlədən silah anbarlarına, onlarla tank əleyhinə raket buraxılış məntəqəsinə, həmçinin təşkilatın istifadə etdiyi sığınacaqlara zərbələr endirilib.
Müdafiə Ordusu oktyabrın 30-na keçən gecə Qəzza zolağında həyata keçirdiyi quru əməliyyatlarını daha da genişləndirib. İsrailə məxsus döyüş təyyarəsinin hərbi qruplaşmanın nəzarəti altında olan binanı bombalaması nəticəsində HƏMAS-ın 20-dən çox üzvü öldürülüb.
Eyni zamanda İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyadakı hərbi obyektlərə də zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Suriyadan raket atışlarına cavab olaraq oradakı hərbi infrastrukturu vurub”, – deyə məlumatda qeyd olunub.
Münaqişənin fəsadları bununla da yekunlaşmayıb. Ölən və yaralananların sayı pik həddə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib. Məlumata görə, müharibənin başladığı gündən indiyədək Fələstin tərəfindən 8005 nəfər, İsrail tərəfindən isə 1400 nəfər həyatını itirib.
Müharibə nəticəsində Fələstində 20 242, İsraildə isə 5431 nəfər yaralanıb. 250 min İsrail vətəndaşı və 1,4 milyon Fələstin vətəndaşı evlərindən didərgin düşüb. Azı 27 781 yaşayış evi yerlə-yeksan edilib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
