İstanbul görüşünün detalları müzakirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Təəssüf ki, Rusiyadan atəşkəs təkliflərinə hələ də aydın və konkret cavab yoxdur. Artilleriya hücumları və hərbi əməliyyatlar davam edir”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə paylaşdığı videomüraciətində bildirib.
O əlavə edib ki, Ukrayna hər zaman sülh və diplomatiya yolunu seçib.
Dövlət başçısı Putinlə birbaşa danışıqlar ideyasını dəstəklədiyini vurğulayaraq görüşə hazır olduğunu qeyd edib:
“Mən Türkiyədə olacağam və danışıqlar üçün iştirak etməyə hazıram. Lakin Moskva birbaşa görüş təşəbbüsünə bütün gün ərzində səssiz qalıb. Bu isə olduqca qəribə və düşündürücüdür. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar”.
Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə telefon danışığı aparıb. Onun sözlərinə görə, sülh üçün yeni bir qapı açılır və bu fürsətdən istifadə etmək lazımdır.
R.T.Ərdoğan ABŞ Prezidenti Donald Trampın qaynar münaqişələrin dialoq və diplomatiya yolu ilə həll etmək səylərini dəstəklədiyini də vurğulayıb.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
