İsveç hökuməti yeni kəşfiyyat xidmətinin yaradıldığını elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsveç hökuməti “MKİ-nin İsveç analoqu” adlandırılan yeni mülki xarici kəşfiyyat xidmətinin yaradıldığını elan edib.
İdarə İsveç Xarici Kəşfiyyat Xidməti adlanır və nəzərdə tutulduğu kimi, onun 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlayacağı planlaşdırılır.
Təşəbbüs sabiq Baş nazir və xarici işlər naziri Karl Bildtin rəhbərliyi ilə hazırlanan təklifə əsaslanır. Yeni strukturun məqsədi ölkənin getdikcə mürəkkəbləşən qlobal təhdidlərə cavab vermək qabiliyyətini gücləndirməkdir.
Xarici Kəşfiyyat Xidməti İsveç hərbi kəşfiyyat agentliyi olan “Must”un bəzi funksiyalarını öz üzərinə götürəcək və Silahlı Qüvvələr, İsveç kəşfiyyat agentliyi, habelə İsveç təhlükəsizlik xidməti ilə sıx əməkdaşlıq edəcək.
Xarici işlər naziri mətbuat konfransında Ukraynadakı müharibənin effektiv kəşfiyyat məlumatları toplanmasının və sürətli uyğunlaşmanın vacibliyini nümayiş etdirdiyini vurğulayıb.
O həmçinin qurumu Böyük Britaniyadakı MI5, eləcə də Niderland və Estoniyadakı oxşar agentliklərlə müqayisə edib. Yeni xidmətin rəhbərinin kim olacağı hələ müəyyən edilməyib.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
