Pleyeri seçin:
İsveç "Quran"ın yandırılmasına icazə verdi
İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə PKK-ya bağlı dairələrin yanvarın 21-də Stokholmun mərkəzində nümayiş elan etdiyi, terror təşkilatları və onların tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsinin üçlü razılaşmanın açıq şəkildə pozulması olduğu bildirilib.
Eyni zamanda yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında müqəddəs Qurani-Kərimin yandırılmasına icazə verilməsi pislənilib.
“Açıq-aşkar nifrət cinayəti olan bu təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyirik. İsveçin belə münasibəti qəbuledilməzdir. Biz gözləyirik ki, bu aksiyaya icazə verilməyəcək. Müqəddəs dəyərlərə qarşı təhqirlər demokratik hüquqlar adı altında müdafiə oluna bilməz”, - deyə bildirilib.
Kopyalandı
#İsveç teqi istifadə olunub
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
- İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır
- İsveç sərhəddə yeni hərbi qrup yerləşdirib
- Kiyevin yardımına bu dəfə İsveç gəlir | Ukrayna fərqli müdafiə modelinə keçir - Baku TV
