İsveçin NATO-ya üzv olmasına razılıq verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Türkiyə Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.
Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, görüş konstruktiv keçib.
“Mən şadam ki, Ərdoğan ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirib. Ancaq bunun nə zaman olacağı ilə bağlı sualı Türkiyə Parlamenti bilir”, – deyə Yens Stoltenberq qeyd edib.
Həmçinin İsveç Türkiyənin Aİ-yə üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləyəcək. Bu barədə NATO, Türkiyə və İsveç liderlərinin Vilnüsdə keçirilən görüşünün yekunu ilə bağlı Alyansın yaydığı məlumatda bildirilib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
