Pleyeri seçin:

İsveçrədə kritik görüş: Vaşinqton və Tehranın texniki heyətləri yenidən toplanır - Baku TV

25 iyun 2026 214 baxış

"İsrail və ABŞ-nin Yaxın Şərqdəki digər müttəfiqləri Prezident Donald Trampın İranla atəşkəs sazişindəki "qırmızı xətlər"indən xəbərdardırlar".

Bunu Küveytdə səfərdə olan ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

O, İsrailin Vaşinqton və Tehran arasındakı razılaşmanı pozmağa çalışdığını təkzib edib:

"Bu məlumatı haradan aldığınızı bilmirəm. Hansı nəşrlərə istinad etdiyinizi də bilmirəm. Biz bunun üzərində işləyirik. Bölgədəki bütün tərəfdaşlarımız, o cümlədən israillilər bizim nə üzərində işlədiyimizi dəqiq bilirlər. Hamı Prezidentin bu məsələ ilə bağlı "qırmızı xətlər"inin və mövqeyinin nə olduğunu başa düşür".

Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ və İranın texniki qruplarının məsləhətləşmələri iyunun 30-da davam edəcək.

"Texniki qrup, xatırladığım qədəri ilə, bu danışıqları davam etdirmək üçün iyunun 30-da yenidən toplanacaq. Onlar müxtəlif məsələlərlə məşğul olan işçi qruplarına bölünüblər”, – deyə Rubio əlavə edib.

Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "ABŞ ilə müttəfiqlərinin Yaxın Şərqə hərbi müdaxiləsi davam etdikcə regionda sülh və sabitlik bərqərar olmayacaq" deyə "X" sosial şəbəkə hesabında yazıb. Bəqai bunu ABŞ dövlət katibi Marko Rubionun sözlərinə cavab olaraq bildirib.

Xatırladaq ki, Rubio regiondakı sülh və sabitliyin həssaslığını Tehrana bağlı proksi qüvvələrin fəaliyyəti ilə əlaqələndirib.

"İranın proksi qüvvələri İraqdan raketlər və dronlar buraxdığı, HƏMAS-ın, eləcə də "Hizbullah"ın terrorçuluqda iştirak etdiyi müddətcə regionda düşmənçiliyin və münaqişələrin sona çatmasına nail ola bilməzsiniz", – deyə o, açıqlama vermişdi.

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 214 baxış
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 sentyabr 2026 214 baxış
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 sentyabr 2026 214 baxış
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 sentyabr 2026 214 baxış
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 214 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 214 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 214 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 214 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 214 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 214 baxış
Seçilmişlər
icon