Pleyeri seçin:

İvanişvili nə vaxt dünyanın ən varlı insanı hesab edilib?

02 aprel 2025 599 baxış

Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının qurucusu, milyarder Bidzina İvanişvili sərvətinin demək olar ki, yarısını itirib və "Forbes" jurnalının milyarderlər siyahısında 1362-ci yerdə qərarlaşıb.

"Forbes"in 2025-ci il üçün qiymətləndirməsinə görə, onun sərvəti 2,7 milyard dollar təşkil edir, halbuki 2024-cü ildə bu rəqəm 4,9 milyard dollar olub. ABŞ 2024-cü ildə Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.

B.İvanişvili ilk dəfə 2006-cı ildə dünyanın ən varlı insanları siyahısına 3,9 milyard dollar sərvətlə daxil olub. O, 2008-ci ildə ən yüksək göstəricisini əldə edərək 6,4 milyard dollar sərvətlə 143-cü yerdə qərarlaşıb. Buna baxmayaraq, "Bloomberg" agentliyi onun sərvətini rekord həddə – 7,8 milyard dollar dəyərində qiymətləndirib.

Bidzina İvanişvili sərvətini 1990-cı illərdə Rusiyada qazanıb, daha sonra Gürcüstana köçərək uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə siyasətə qatılacağını elan edərək "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasını qurub.

Bu partiya daha dörd partiya ilə koalisiyada 2012-ci ilin oktyabr seçkilərində qalib gələrək Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının doqquz illik hakimiyyətinə son qoyub.

B.İvanişvili parlament seçkilərində qalib gəldikdən cəmi bir il sonra siyasətdən getdiyini elan edib. Lakin 2018-ci ilin mayında yenidən qayıdaraq hakim partiyanın sədri olub. 2021-ci ildə siyasətdən birdəfəlik ayrıldığını elan edən B.İvanişvili böyük bir hissə aktivlərini xeyriyyə fonduna bağışladığını bildirib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 599 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 599 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 599 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 599 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 599 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 599 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 599 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 599 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 599 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 599 baxış
Seçilmişlər
icon