KİV: İsrail kəşfiyyatı plan hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzza zolağından 2,3 milyonluq əhalini Misirin Sinay yarımadasına köçürmək üçün təklif hazırlayıb.
"Associated Press" xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Kəşfiyyat Nazirliyinin tərtib etdiyi bu sənədi "konseptual sənəd" kimi qiymətləndirib.
Fələstin Prezidenti Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeynənin isə məsələyə münasibəti gecikməyib.
“Biz istənilən yerə, istənilən formada köçürmənin əleyhinəyik və bunu “qırmızı xətt” hesab edirik. 1948-ci ildə baş verənlərin bir daha təkrarlanmasına icazə verilməyəcək", – deyə Fələstin rəsmisi bildirib.
Sənəd oktyabrın 13-nə aiddir. Onu ilk dəfə yerli xəbər saytı olan "Sicha Mekomit" nəşr edib. Tədqiqat aparan, lakin siyasi xətti müəyyən etmək səlahiyyəti olmayan Kəşfiyyat Nazirliyi Qəzza zolağında hərbi toqquşmalardan mülki insanların əziyyət çəkməməsi üçün bu alternativi təklif edib.
Sənədin müəllifləri bu üsulu İsrailin təhlükəsizliyi üçün ən arzuolunan variant hesab ediblər. Sənəd Qəzzanın mülki əhalisini Sinayın şimalındakı çadır şəhərciklərinə köçürməyi, sonra daimi şəhərlər və qeyri-müəyyən humanitar dəhliz yaratmağı təklif edir.
Hesabatda İsrail daxilində təhlükəsizlik zonasının yaradılacağı da yer alıb. Misir Xarici İşlər Nazirliyi isə sənədlə bağlı "Associated Press"in sorğusuna cavab verməsə də, rəsmi Qahirə Fələstin qaçqınlarını qəbul etmək istəmədiyini açıq şəkildə bəyan edib.
Hesabatda Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Qəzza sakinlərinə ya maliyyə yardımı göstərməsindən, ya da onları qaçqın və uzunmüddətli perspektivdə vətəndaş kimi qəbul etmək planına dəstək olmasından bəhs edilir.
Sənəddə bildirilir ki, Qəzzadan qovulmuş Fələstin dövlətinin bərpası Fələstin Milli Hərəkatının görünməmiş qələbəsi olacaq və İsrailin təhlükəsizliyinə xidmət etmir.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
