Kiyev səmasında kütləvi hava döyüşü
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 27-dən 28-ə keçən gecə Rusiya Ukrayna ərazisinə növbəti geniş hava hücumu təşkil edib.
Bu dəfə daha çox hədəfə alınan Ukraynanın arxa cəbhədəki vilayətləri olub. O cümlədən Kiyev istiqamətində İran istehsalı olan “Shahed” dronlarından istifadə edilib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığının sözçüsü Yuriy İqnat Baku TV-yə müsahibəsində bildirib ki, bu, müharibə başlayan gündən indiyədək rekord sayda dronların istifadə olunduğu ilk hücumdur.
“Bir gecədə eyni anda 54 İran istehsalı olan dron bütün Ukrayna ərazisinə hücum etdi. Mayın 27-si axşam saat 23:00-dan mayın 28-i səhər saat 5-ə qədər bu hücumlar davam etdi. Hücumlar ölkəyə şimaldan və cənubdan edildi. Bizim hava hücumundan müdafiə qüvvələrimiz müxtəlif istiqamətlərdən 54 drondan 52-ni məhv etdi. Bunların böyük əksəriyyəti paytaxt Kiyev ərazisində məhv edildi”, – deyə o bildirib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
