Kiyevin yeni zərbə strategiyası Rusiyanı çətin vəziyyətə saldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.
Bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-a yaxın dron vurulub. Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib.
Qeyd edib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Lakin neft sızıntısı qeydə alınmayıb.
Ukrayna Müdafiə Qüvvələrinin Rusiyaya qarşı zərbə strategiyası üç əsas elementdən ibarətdir. Bu yanaşma qarşı tərəfin neft emalı sənayesinə sistemli təsir göstərməyə imkan verir.
Ukraynalı hərbi ekspert Aleksandr Musienkonun sözlərinə görə, zərbələr neftin ixracı, emalı və nəqli ilə bağlı obyektlərə endirilir.
Ukrayna strategiyasının elementlərindən biri də “Markiz” adlı Rusiyanın “kölgə donanması”na aid gəminin vurulmasıdır. Həmin gəmi məhz neft məhsullarının yüklənməsini gözləyirdi. İkinci element demək olar ki, məhv edilmiş neft emalı zavodu və terminaldır. Üçüncü element isə neftin ixracı və emalı üçün daşınmasını təmin edən neft nasos stansiyasıdır.
Hərbi ekspertin fikrincə, bunlar bir zəncirin halqalarıdır.
O əlavə edib ki, faktiki olaraq Rusiyanın ixrac imkanlarına və ordunun neft məhsulları ilə təminatına təsir edən üç ən vacib element mövcuddur. Bu strategiya həm neft ixracı, həm də ordunun təminatı baxımından onların imkanlarını minimuma endirir.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
