Koçaryan Paşinyanı yıxıb sürüdü | “Sən 2 ay döyüşməli idin ki...”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya ilə yaxın mövqelər nümayiş etdirərək Baş nazir Nikol Paşinyana qarşı açıq ittihamlarla çıxış edib.
R.Koçaryanın açıqlamaları Kremlin Paşinyana qarşı siyasi təzyiqlərini gücləndirdiyi bir dövrə təsadüf edir.
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə izah edib.
“KTMT bizə kömək etmədi. Amma sən bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri özün pozdun. Belə olan halda, niyə bizə kömək etməli idi?”, – deyə R.Koçaryan bildirib.
O əlavə edib ki, KTMT-nin müdaxiləsi üçün prosedurlar tələb olunur və bu, ən azı iki ay vaxt aparardı: “Deməli, sən həmin iki ay ərzində döyüşməli, prosesi başladıb nəticəyə çatdırmalı idin”.
Siyasi müşahidəçilər R.Koçaryanın bu bəyanatlarını Moskvanın Ermənistanın hazırkı hakimiyyətinə təzyiq siyasətinin bir hissəsi kimi dəyərləndirir. Kremlin ritorikasını açıq şəkildə təkrarlayan R.Koçaryan Paşinyanın regional siyasətdə təcrid olunmasına xidmət edən fiqur kimi çıxış edir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
