Kritik görüş Vatikanda olmayacaq? - Lavrovdan Ukrayna barədə qalmaqallı sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə ikinci danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.
O, Moskvanın memorandum üzərində artıq irəliləmiş mərhələdə işlədiyini bildirib.
Eyni zamanda S.Lavrov Vatikanın mümkün danışıqlar məkanı kimi nəzərdən keçirilməsini tənqid edərək bu ssenarini “real deyil” adlandırıb.
Onun fikrincə, pravoslav dövlətlərin katolik məkanında bu qədər ciddi məsələləri müzakirə etməsi bir qədər qeyri-eleqant görünür.
S.Lavrov həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə münasibətini şərh edərək bildirib ki, o bu savaşı öz münaqişəsi hesab etmir və Qərbin Ukraynaya şərtsiz dəstək vermək siyasətindən fərqli yanaşma nümayiş etdirir.
Rusiya xarici işlər naziri əlavə edib ki, Ukrayna tərəfi Qərbin ona daim yaşıl işıq yandıracağına ümid edirdi, lakin D.Tramp bu illüziyanı dağıdıb.
Sonda S.Lavrov Volodimir Zelenskinin legitimliyi məsələsinə də toxunaraq vurğulayıb ki, sülh sazişi imzalanacağı təqdirdə bu məsələ prinsipial əhəmiyyət daşıyacaq və danışıqların hüquqi əsaslarını ciddi şəkildə təsirləndirəcək.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
