Layiqli namizədlər kifayət qədər çoxdur... | Ekspertlər "Gürcü Arzusu"nun məqsədindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan hakim partiyanın qurultayına hazırlaşır.
Belə ki, may ayının 7-də “Gürcü Arzusu” partiyasına sədrin seçilməsi üçün qurultay keçiriləcək. Qurultayda partiyanın siyasi şurasının tərkibi də yenilənəcək. Buna səbəb keçmiş Baş nazir İrakli Qaribaşvilinin partiyanın sədri vəzifəsini tərk etməsi olub.
Gürcüstan Strateji Planlaşdırmalar Mərkəzinin sədri Levan Mamaladze Baku TV-yə verdiyi müsahibəsində bildirib ki, “Gürcü Arzusu”nun məqsədi Cənubi Qafqazın inkişafına töhfə verməkdir.
“Gürcüstan dövlətinin prioriteti ölkənin müstəqillik və suverenliyinin gücləndirilməsidir. Seçiləcək sədr bu istiqamətlərdə fəaliyyəti davam etdirəcək. Ölkənin aparıcı siyasi gücü olan “Gürcü Arzusu”nun məqsədi Azərbaycanla birlikdə Cənubi Qafqazın inkişafına töhfə vermək və buna nail olmaqdır. Dünyada Cənubi Qafqazın artan rolunu göstərməliyik.
Enerji resurslarının nəqli ilə yanaşı, həm də Orta Dəhlizin getdikcə inkişafı ölkələrimiz üçün əlavə gəlir mənbəyi və təhlükəsizliyimizin gücləndirilməsi olacaq”, ‒ deyə Levan Mamaladze bildirib.
Qeyd edək ki, qurultaya hazırlıq məqsədilə partiyanın siyasi şurasının iclası baş tutub. İclasda qurultayın gündəliyi və müzakirə olunacaq əsas məsələlər təsdiqlənib.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
