Pleyeri seçin:

Rusiya və ABŞ liderləri telefonda nələri müzakirə etdi? - Baku TV

10 mart 2026 507 baxış

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Bu, Putin və Tramp arasında iki aydan çox müddətə baş tutan ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasdır.

Uşakovun sözlərinə görə, tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə etməyə diqqət yetiriblər.

“Təxminən bir saat davam edən söhbət Amerika Prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub”, – deyə Uşakov bildirib.

O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib, ABŞ-nin və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və sülhə nail olmaqda maraqlı olduğunu bildirib.

Banner
Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Dünya
13 noyabr 2026 507 baxış
İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

Dünya
13 noyabr 2026 507 baxış
Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Dünya
13 noyabr 2026 507 baxış
Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Dünya
13 noyabr 2026 507 baxış
Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Dünya
13 noyabr 2026 507 baxış
Okeanın dərinliklərində gizlənən sirr

Okeanın dərinliklərində gizlənən sirr

Dünya
13 noyabr 2026 507 baxış
İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

Dünya
13 noyabr 2026 507 baxış
Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Dünya
13 noyabr 2026 507 baxış
Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Dünya
13 noyabr 2026 507 baxış
Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Dünya
13 noyabr 2026 507 baxış
Seçilmişlər
icon