Liderlərin görüşündə İrana qarşı müzakirə | Netanyahu ilk liderdir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında gözlənilən görüş baş tutub.
Trampla görüşdən məmnun qalan Netanyahu onu tərif də edib. “Siz Ağ Evdə olan, gəlmiş-keçmiş bütün prezidentlər arasında İsrailin ən böyük dostusunuz. Mən bunu əvvəllər də demişəm, yenə deyirəm”, – İsrailin Baş naziri vurğulayıb.
Məhz Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu şəhərə köçürüb.
Tərəflər görüş əsnasında Yaxın Şərqdəki mövcud durumu, xüsusilə İsrail-HƏMAS gərginliyini, əsirlərin mübadiləsi prosesini və İranın nüvə silahına dair mövcud planlarını müzakirə edib. Hər iki dövlət rəsmisi İrana qarşı dayanıqlı olmağın vacibliyindən danışıb.
Xatırladaq ki, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
