Lukaşenko Paşinyana "dərs keçdi" | Etiraf etdin ki, "Qarabağ Azərbaycandır", indi isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Son illər Dağlıq Qarabağda baş verən hadisələrin günahı Ermənistan rəhbərliyinin üzərinə düşür.
TASS xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, özü şəxsən Ermənistan hakimiyyətinə Dağlıq Qarabağı Azərbaycana “geri qaytarın” deyib: “Lakin Ermənistan torpaqlardan əl çəkməmək və onlar üçün döyüşmək qərarına gəldi. Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır”.
Belarus Prezidentinin sözlərinə görə, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb, lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bundan imtina edərək “mübarizə aparacağını” deyib:
“Hə, döyüşdün, yoruldun. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən inciyirsiniz? Paşinyan özü də etiraf edib ki, bura Azərbaycan ərazisidir. Mən kimdən inciməliyəm? Sən niyə dilini dinc saxlamadın? Deyirəm, cənubdakı “dostumuza” bənzəyirsən. Özünə sahib ol, qədim sivilizasiyaya, qədim ölkəyə rəhbərlik edirsən. Amma bax görürsən, Qərbə, Avropa Birliyinə getmək istəyinə düşmüsən”.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
