Lukaşenkodan Kiyevə sərt xəbərdarlıq | Ukraynanın iki seçimi var
Yeniliklərdən dərhal xəbərdar olun
“Kiyev Rusiyaya qarşı çirkli bombadan istifadə etsə, bu, Ukraynanın öz əli ilə yoxa çıxması ilə nəticələnəcək”.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mediasına müsahibəsi zamanı bildirib.
Liderin sözlərinə görə, Qərb ölkələri nüvə eskalasiyasına can atırlar, çünki onların başqa variantları yoxdur. Ukraynaya gəldikdə isə 2 mümkün seçim var – ya Şimali Atlantika Alyansına üzvlük, ya da nüvə silahının yaradılması.
A.Lukaşenko Kiyevin nüvə silahı hazırlamasına dair təhdidlərin reallığı əks etdirmədiyini söyləyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin bunu həyata keçirəcək qədər cəsarətli olmadığını iddia edib. Eyni zamanda prezident Kiyevi düşünməyə çağırıb.
“Moskvaya belə çirkli bomba atsanız, nə olacaq? Rusiya dağılacaqmı? Xeyr, Rusiya məhv olmayacaq, amma o qədər zərbə vuracaq ki, Ukrayna tamamilə yox olacaq”, – deyə o vurğulayıb.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
